Sabah ilin sonuncu Günəş tutulması baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır.
Tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, Tam tutulma isə Antarktida müşahidə olunacaq.
Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.