SABAH TBMM-DƏ AZƏRBAYCANA İQTİSADİ DƏSTƏK MƏSƏLƏSİ MÜZAKİRƏ EDİLƏCƏK

0

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabah keçiriləcək plenar iclasında Azərbaycanla iqtisadi sahədə imzalanmış müqavilələr müzakirə ediləcək.

İclasda ilk olaraq, “Enerji və mədənçilik sahəsində əməkdaşlığa dair” müqavilə millət vəkillərinin müzakirəsinə çıxarılacaq.

Bu müqavilə enerji və mədənçilik sahəsinin ikitərəfli elmi, texniki, hüquqi, inzibati və ticari inkişafını əhatə edir.

Layihələndirilmə və həyata keçirilmə mərhələsi gizli saxlanılan müqavilə çərçivəsində maye təbii qaz terminaları və anbarları tikiləcək, hidrokarbon axtarışı və istehsalı təmin ediləcək.

İclasda müzakirəsi nəzərdə tutulan ikinci müqavilə isə “Güzəştli ticarət” məsələsidir. Müəyyən məhsulların gömrük vergisindən azad edilməsini nəzərdə tutan müqaviləyə görə, siyahıda olan məhsullar qarşılıqlı olaraq müəyyən kvotalar çərçivəsində güzəştli ticarət rejiminə daxil ediləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÖVLÜD ÇAVUŞOĞLU AZƏRBAYCANA GƏLİR

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Azərbaycana işgüzar səfərə gələcək. İslamveirfan.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin...

Bağla