SABAH TÜRKİYƏ PARLAMENTİNİN KOMİSSİYASI ŞUŞA BƏYANNAMƏSİNİ MÜZAKİRƏ EDƏCƏK

0

Sabah, fevralın 3-də Türkiyə Böyük Millət Məclisinin komissiyasının iclasında Şuşa Bəyannaməsi müzakirə olunacaq.

Sənəd parlamentin Xarici əlaqələr komissiyasında müzakirəyə çıxarılacaq.

Toplantıda Şuşa Bəyannaməsinin təsdiqlənməsi məsələsinə baxılacaq.

Sənəd daha sonra Türkiyə Böyük Millət Məclisinin iclasında müzakirə olunacaq.

Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” 2021-ci ilin iyunun 15-də Şuşa şəhərində imzalanıb.

Şuşa Bəyannaməsini Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Azərbaycan Milli Məclisi fevralın 1-də Şuşa Bəyannaməsini təsdiqləyib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə və ABŞ rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan arasında telefon danışığı olub. Telefon...

Bağla