ŞAHDAĞA QAR, BƏZİ YERLƏRDƏ LEYSAN YAĞIB

0

Sentyabrın 24-ü saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli qısamüddətli yağış yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Şahdağın 3500 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Lerik, Şahbuzda 6 mm, Tovuz, Göygöldə 5 mm, Daşkəsən, Şərurda 3 mm, Şəki, Yevlax, Astara, Gədəbəydə 2 mm, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Balakən, Qəbələ, Zaqatala, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Mingəçevir, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Culfa, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Şərq küləyi arabir Şahdağda 20 m/s-dək güclənib. Göygöl, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan Muxtar Respublikasında 27, Aran rayonlarında 29, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsi müzakirə olunacaq

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsi müzakirə olunacaq. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Türkiyə milli müdafiə naziri Yaşar Gülerin...

Bağla