SAHİBƏ QAFAROVA MÖVLUD ÇAVUŞOĞLU VƏ ƏMİNƏ ƏRDOĞANLA GÖRÜŞÜB

0

ABŞ-nin Nyu-York şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanla görüşüb.

Bu barədə Türkiyənin birinci xanımı tviterdə paylaşım edib.

“Sıfır Tullantı ilə bağlı təcrübələrimizi bölüşdük. Ətraf mühit problemlərinin bütün dünya ölkələrinin məsuliyyəti olduğu mövzusunda və iqlim böhranı ilə birgə mübarizədə həmfikirik”, – o qeyd edib.

Əminə Ərdoğan yekunda BMT-də göstərdiyi dəstəyə görə S. Qafarova və Azərbaycan xalqına təşəkkürünü bildirib.

Resim

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“TANAP-dan qazın Macarıstana çatdırılmasına Azərbaycanla birgə dəstək verməyə hazırıq”

"TANAP-dan qazın Macarıstana çatdırılmasına Azərbaycanla birgə dəstək verməyə hazırıq". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada macarıstanlı həmkarı Katalin Novak...

Bağla