SAHİBƏ QAFAROVA TÜRKİYƏ SƏFİRİNİ QƏBUL EDİB

0

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcını qəbul edib.
Bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib.

“Səfir Cahit Bağcı Milli Məclisin sədri Sahibə Qafarovaya nəzakət ziyarəti edib və onu yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib.

Görüşdə Azərbaycan və Türkiyə parlamentləri arasında ikitərəfli və çoxtərəfli əlaqələr müzakirə olunub”, – məlumatda qeyd olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən dörd il ötür

Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının dördüncü...

Bağla