ŞAİR CENGİZ NUMANOĞLU VƏFAT EDİB

0

Türkiyəli məşhur şair, əsasən İslam dinini tərənnüm edən şeirlər yazan Cengiz Numanoğlu 82 yaşında vəfat edib.

Cengiz Numanoğlu 1941-ci ildə Türkiyənin Antalya vilayətində dünyaya gəlib. İbtida və orta təhsilinə burada başlayan şair Bursa hərbi liseyindən məzun olub. 1962-ci ildə Hərbi akadameyanı bitirən C. Numanoğlu, 1982-ci ildə mayor rütbəsində ikən öz arzusu ilə istefaya çıxıb.   

Musiqi ilə maraqlanan şair bəzi mahnılar üçün söz yazıb. Həmçinin trompetlə caz və rəqs musiqiləri ifa edib.

1988-ci ildə Qurani-Kərim ilə tanış olan şairin həyatı dəyişilib. 1993-cü ildə Həcc ziyarətinə gedən şair, oxucularının yaddaşında “Şüur”, “Beytullahda mən”, “Daha Quran nə desin”, “Qurandan soruş desin”, “Quran olmasaydı mən nə edərdim?” və s. bu kimi şeirləri ilə qalıb. Şairin nəşr olunmuş bir neçə kitabı var.

Alla rəhmət eləsin.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZAHİRİN YALANI

Zahirdə şər kimi görünən hadisələr nəticə etibarilə xeyir ola biləcəyi kimi, bunun tam əksi də mümkündür. Bu barədə Rəbbimiz belə...

Bağla