Suriyanın paytaxtı Dəməşq (Şam) şəhərində yerləşən tarixi “Əməvi” məscidinin xalçaları Türkiyənin Qaziantep vilayətində hazırlanacaq.
Bu barədə Qaziantep bələdiyyəsinin sədri Fatma Şahin sosial şəbəkə platformasında olan səhifəsində məlumat yayıb.
Bələdiyyə sədri xalçanın ramazan ayına yetişəcəyini bildirib.
“Xalçada dünya lideri olan qaziantepli xalçaçılarımız bütün xərcləri öz üzərlərinə götürdülər və biz də Qaziantep Böyükşəhər Bələdiyyəsi olaraq getdik və işə başladıq. Şam Əməvi məscidinin xalçaları ilk təravih namazına hazır olacaq inşallah. Bizə bu fürsəti verdiyi üçün Rəbbimizə şükürlər olsun”.