Şamil Ayrım: “1990-cı il yanvarın 20-də bütün Türkiyənin ürəyi Azərbaycan üçün vururdu”

0

“1990-cı il 20 yanvar faciəsindən sonra Türkiyədə Azərbaycanla həmrəylik nümayiş etdirən aksiyalar keçirilib. Qardaşımızın acısını, bizlər də ürəyimizdə hiss etdik”.

Bunu Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, türkiyəli millət vəkili Şamil Ayrım “Report”a açıqlamasında bildirib.

20 Yanvar şəhidlərini qəhrəman adlandıran millət vəkili deyib ki, vətəni, milləti və azadlığı üçün ölümün üzərinə getməklə onlar Azərbaycanın müstəqilliyinin bərpasına nail olublar: “İğdırda 1990-cı il yanvarın 25-də insanların necə küçələrə çıxıb, Azərbaycan üçün etiraz aksiyaları keçirdilər. Amma bu, təkcə İğdırda deyildi. İstanbulda, Ankarada da insanlar küçələrə çıxmışdı. O zaman əhali sayımız 45 milyon civarında idi və 45 milyonun da ürəyi Azərbaycan üçün vururdu.

İkinci Qarabağ müharibəsində bütün Türkiyə əhalisinin Azərbaycanla həmrəy olduğu kimi 20 Yanvarda da insanlarda təəssübkeşlik ruhu, əzmi vardı. İkinci Qarabağ müharibəsi bütün dünyaya “hər kəs öz torpağında hüzur içində yaşasın” prinsipini nümayiş etdirməklə yanaşı, Mərkəzi Asiya və bütün dünya türklərinə bir oyanış və cəsarət də gətirdi. Odur ki, türk dünyasının parlayan ulduzu olan Türkiyə və Azərbaycanın öndərliyi ilə birlik üçün daha aktiv fəaliyyətə keçməliyik”.

Ş.Ayrım yaxın bir ay ərzində Türkiyənin 30-dan çox şəhidi olduğunu xatırladaraq onların qanının yerdə qalmayacağını da vurğulayıb: “Ölkəmizin birliyi, bərabərliyi üçün canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bunu hər kəs bilsin ki, şəhid qanı yerdə qalmayacaq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞUŞA – “İSLAM DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI”NIN AÇILIŞ MƏRASİMİ KEÇİRİLƏCƏK

“İslam dünyasının mədəniyyət paytaxtı” elan edilən Şuşa şəhərində “paytaxt ili”nin açılış mərasimi keçiriləcək Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bu barədə...

Bağla