“SANKİ YEDİM” MƏSCİDİ

0

Türkiyədə qeyri-adi adı olan tarixi məscid var. Məlumata görə, İstanbul şəhəri Fateh rayonunda olan və Osmanlı dövründən qalan bu tarixi məbədin adı “Sanki yedim” (Elə bil yedim) məscididir. Məscidin tikilməsinin və belə adlanmasının isə qəribə tarixi var.

Belə rəvayət edilir ki, o dövrdə sultanların tikdirdiyi məscidləri görərək onlara həsəd aparan Keçəcizadə Xeyrəddin adlı bir şəxs özü də məscid tikdirmək istəyir və bu məqsədlə pul yığmağa başlayıb. Ürəyi bir şey istədiyi vaxt onu alıb yeməyən və “Sanki yedim” – deyərək bu pulları yığan Keçəcizadə 20 il boyu yığdığı pulla məscid tikdirir.

O zamanlar xalq arasında “Sanki yedim” məscidi (camesi) kimi məşhur olan məbəd tarixin axışı içində bu adını qoruyub və dövrümüzdə də eyni adla rəsmi qeydiyyatdan keçib.

Qeyd edək ki, I dünya müharibəsi vaxtı yanğına məruz qalan məscid 1959-cu ildə yerli əhalinin ianəsi hesabına yenidən bərpa olunub.

Xəbər: Şirəli MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏDƏNİYYƏTİMİZİN VƏQF ABİDƏSİ

İslam dini yer üzündə həyat sürən insana dünya-axirət tarazlığı qurmağı təlqin edir. Müsəlman nə bu dünyada əbədi qalacaqmış kimi, nə...

Bağla