SARIKAMIŞ ŞƏHİDLƏRİ ÜÇÜN 107 MİN XƏTM OXUNDU

0

Türkiyənin Kars vilayətində Sarıkamış şəhidləri üçün 107 min dəfə Qurani-Kərim oxunub.

Ötən gün Kars şəhərindəki “Övliya” məscidində sübh namazından sonra xətm duası oxunub. Diyanət işləri başqanı Əli Erbaşın qıldırdığı sübh namazından sonra Sarıkamış şəhidləri üçün oxunmuş 107 xətmin duası edilib.  

Əli Erbaş dua mərasimində etdiyi çıxışda bildirib ki, insanlar ən çox bir-birlərinə Allah razı olsun şəklində dua etməlidir.

“Allah razı olsun! Əlhamdulillah bizim dilimizdən düşməyən, təşəkkür mahiyyətində etdiyimiz ən önəmli dua budur. Bütün Türkiyədə oxunan 107 min xətmi, 107 il bundan əvvəl imanımız, namusumuz, vətənimiz, bayrağımız, azanımız üçün canlarını fəda edən bütün şəhidlərimizin ruhuna hədiyyə edirik.” – deyə Əli Erbaş bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZƏRBAYCAN VƏ DİGƏR ÖLKƏLƏRİ DƏSTƏKLƏMƏKLƏ DÜNYADA SÜLHƏ TÖHFƏ VERİRİK”

“Azərbaycan və Liviya başda olmaqla dost, qardaş və müttəfiq ölkələri dəstəkləyərək, NATO, BMT, Aİ və ATƏT missiyaları ilə birlikdə Qətər,...

Bağla