“Seçkilərin sonuncu günündə də vətəndaşlarımızın fəallığı müşahidə olunur”.
Bunu “Report”un Qərb bürosuna Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop deyib.
“Müşahidəçilərin də iştirakı ilə səsvermə tam şəffaf qaydada keçirilir. Səsvermənin başa çatmasına artıq bir neçə saat qalıb. Türkiyənin Gəncədəki Baş Konsulluğunda təşkil olunan səsvermədə seçicilərin sayı ilk turda olan saya yaxın olacağını düşünürük”, – Baş konsul vurğulayıb.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
“Ata” siyasiblokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.