Gələcəkdə TEKNOFEST bütün türk dünyasında keçiriləcək.
Bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Adanada təşkil olunan “TEKNOFEST 2024”ün açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, qarşıdakı illərdə bu tədbirin Şimali Kiprdə də təşkil edilməsi nəzərdə tutulur.
S.Bayraktar TEKNOFEST-in 2022-ci ildə Azərbaycanda keçirildiyini də xatırladıb.