SEPARATÇI TERRORÇULAR ALMANİYADA MƏSCİDƏ HÜCUM EDİB

0

Almaniyada müsəlmanların ibadət etdiyi məscidin divarına separatçılar tərəfindən şüarlar yazılıb.

İslamveirfan.com xəbər verir ki, hadisə Almaniyanın Dresden şəhərində baş verib.

Şəhərdəki “Diyanet İşləri Türk İslam Birliyi”nə bağlı “Fatih” məscidi naməlum şəxslər tərəfindən gecə hücuma qalıb. Sübh namazı üçün məscidə gedən möminlər, məbədin divarına PKK/PYD terror qruplaşmasının adının yazıldığını və qruplaşmaya aid bayraq çəkildiyini görüb.  

Hadisə barədə dərhal məscid icmasına və hüquq-mühafizə orqanlarına xəbər verilib.

Faktla bağlı istintaq başladılıb, təhqiqat davam edir.

Qeyd edək ki, 2016-cı ildə həmin məscidə partlayıcı qurğu atılmış, hadisəni törədən şəxs 9 il 8 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

“Anadolu” agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALLAHIN RAZI OLDUĞU ÜÇ ŞƏXS

Peyğəmbər (s.ə.s) belə buyurur: “Allahın razı olduğu üç şəxs vardır”. Bu üç nəfərin və möqvelərinin əhəmiyyətini Rəsullah (s.ə.s) bizə bildirir....

Bağla