Serbiyada qatar stansiyasının talvarının uçması nəticəsində 14 nəfər ölüb

0

Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

“Report” xəbər verir ki, bunu Serbiya lideri Aleksandr Vuçiç xalqa müraciətində bildirib.

“Son məlumata görə və ümid edirik ki, bu son rəqəm olacaq, 14 nəfər həlak olub. Səkkiz nəfər Serbiya Respublikasının vətəndaşı, bir nəfər Şimali Makedoniyanın vətəndaşıdır”, – Vuçiç qeyd edib.

O əlavə edib ki, beş nəfərin kimliyi hələ müəyyən edilməyib.

Yerli KİV qeyd edir ki, hadisə yerində axtarış-xilasetmə əməliyyatları başa çatıb. 14 nəfərin ölümündən əlavə, hadisə nəticəsində üç nəfər müxtəlif xəsarətlər alıb.

Serbiya hökuməti 2 noyabrı milli matəm günü elan edib.

Sırbistan'da tren istasyonunun çatısı çöktü: 14 ölü - 5

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanla Ermənistan Delimitasiya Komissiyalarının Əsasnaməsi bu gündən qüvvəyə minir

2024-cü il noyabrın 1-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan...

Bağla