ŞEYTANDAN NECƏ QURTULMAQ OLAR?

0

Allah insanlara görünən və görünməyən, bilinən və bilinməyən bütün pis və qorxunc şeylərdən Özünə sığınmalarını əmr edir. Əgər sənə Şeytandan (bu xislətə mane olan) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın!” (əl-Fussilət, 36)

Bu ifadədən Allahın himayəsinə sığınmağı tələb edən bir çox pisliklərin var olduğu açıq-aydın bilinməkdədir. Pisliyin qaynağı istər şəxsən şeytan, istərsə də onun oyuncağı halına gəlmiş bir qism insanlar olsun, bu pisliyi rədd etmənin mümkün olduğu bilinməlidir. Şeytandan qurtuluş bütün varlıqların yaradıcısı və Rəbbi olan Allaha sığınmaq, Onun həyat nizamı olan İslam dininin əmr və qadağanlarına tabe olmaqla mümkündür.

İnsanlar ona yapışaraq səmaya doğru yüksəlsinlər deyə Allahın göydən endirib bizə uzatdığı ipi

nə (Qurana) dörd əllə sarılaraq yapışmamız lazımdır. Qopması mümkün olmayan Allahın ipini buraxıb, boynumuza və beynimizə  keçirilmək üçün hazırlanmış şeytanın ipini  istəmədiyimizi elan etməliyik. Beləcə bu azadlıq elanının adı və andı, istiazədir. Rəbbimizin Darus-Salama (cənnətə) dəvətnaməsi olan Kitabı tələb edildiyi kimi oxumazsaq, dəvətə razılıq edə bilmərik. Ana vətənimiz, ata yurdumuza hicrətimizi reallaşdırmamız, vüslətə çatmamız üçün çətin imtahanlardan müvəffəqiyyətlə keçməmiz lazımdır. Beləliklə insan və cin şeytanlarıyla var gücü ilə mübarizənin zəfər paroludur istiazə.

Allaha güvənib bağlananlara, həyat fikri və həyat forması olaraq İslama yönələnlərə şeytanın hakimiyyəti və ciddi bir təsiri ola bilməz. Çünki bu xüsusiyyətə malik möminlər Quranı həyatlarında tətbiq etmək üçün oxumuş və Allahın əmrlərinə təslim olaraq Ona sığınmışlar. Hər yerə asanca sıza bilən şeytan bu nizama sığınanlara yaxınlaşa bilməz. Zaman-zaman vəsvəsə versə də, onları öz buyruğu altına ala bilməz. Möminlər Allahın əsgərləridir, şeytanın əsgərləri olma bilməzlər. İstiazə şeytandan, onun nümayəndəsi olduğu bütün pisliklərdən Allaha sığınmağı, Ona inanmağı və Allahı hər şeyə qadir bir ilah tanıyıb buna görə qulluq vəzifəsinə sarılmağı ifadə etməkdədir.

İnsan oğlu yaradılış etibarilə nəfsani və heyvani duyğulara malikdir. Bu duyğuları açıqca və gizli olaraq pis yolda təhrik edən nizamlar, insan və cinlərdən olan şeytanlar hər zaman var olmuşdur. Bunların hər cür pisliklərindən uzaq qalmaq və qorunmaq ancaq Allahın bildirdiyi əsaslara tabe olaraq Ona sığınmaqla mümkündür. Bu mövzuda insana düşən vəzif  hər şeydən əvvəl düşmənlərini tanımaq və onları özündən uzaqlaşdırmaqdır. Ancaq insanın bu mübarizəni qazanması üçün Allahın köməyinə ehtiyacı vardır. Allah möminlərə bu döyüşü qazana bilmələri üçün izləyəcəkləri metodu göstərmişdir:

Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!”

Sən pisliyi yaxşılıqla dəf et! Biz (müşriklərin Bizə) aid etdikləri sifətləri (və sənin haqqında dedikləri nalayiq sözləri) daha yaxşı bilirik! Və de: “Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların yanımda olmalarından (işlərimə xələl qatmalarından) Sənə pənah gətirirəm, ey Rəbbim!” (əl-Muminun, 96-98)

Əlaqədar ayə və hədislərdən aydın olan istiazə İnsanın Allaha sığınmaq istəməsi, Onun rəhmətinə yönəlməsi, İslamın əsaslarına təslim olaraq bütün pisliklərdən qorunma istəyini diliylə söyləməsi, ürəyiylə bu anlayışda olması deməkdir.

İstiazədə üç tərəf vardır: “Sığınan”, “Özünə sığınılan” və “özündən sığınılan”. Sığınan və sığınmağa möhtac olan yalnız bir şəxs deyil. Bütün varlıqlar Ona sığınmağa möhtacdır. Peyğəmbərlərin də tez-tez Allaha sığındıqlarını, bu mövzuda da bizə nümunə olduqlarını Qurandan öyrənirik. Sığınmağa ehtiyacımızın olduğunu qəbul etmək acizliyimizi, aciz olmayan birinin köməyinə ehtiyacımız olduğunu qəbul edib etiraf etmək deməkdir. Bu anlayış da bizi yaradılış məqsədimiz olan qulluq və ibadət şüuruna çatdırar.

Özünə sığınılan və sığınılması lazım olan uca varlığın yalnız Allah olduğunu bilirik. Onun haqq dini, əmr və qadağanları insanlığı bütün pisliklərdən qoruyan ilahi bir sığınacaqdır.

Özündən uzaqlaşılan, pisliyindən çəkinilməsi lazım olan varlığın şeytan və onun nümayəndəsi  bütün şərlər olduğu şeytanın cinlərdən olduğu kimi, insan cinsindən də ola biləcəyi Qurandan aydın görülməkdədir.

İnsanların Allaha sığınmaları, Onun əmrlərinə bağlı qalaraq, qadağanlarından qaçınaraq, azğın və qovulmuş şeytandan və hər cür pislik və günahlardan uzaqlaşmalarıyla mümkündür. Allahın istəkləri istiqamətində yaşayış və pisliklərdən qaçış Allaha sığınmaqdır. Bunun üçün insan daim Qurana yönəlməli, ondakı gerçəkləri Allahın istədiyi şəkildə yerinə yetirməlidir.

ELDAR KƏRİMOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏDƏB VƏ NƏZAKƏT

Ədəb insanı digər məxluqatdan fərqləndirən bir xü­su­siy­yətdir. İnsan ədəb, nəzakət, zərafət və təqvası ilə Haqq qa­tın­da dəyər qazanır. Elə buna...

Bağla