ŞEYTANIN VƏSVƏSƏSİ

0

Bir adam hər gecə Allahı zikr edər və bu zikrində zövq alardı. Bir gecə şeytan ona vəsvəsə verərək qulağına belə pıçıldadı:

-“Bu qədər zamandır “Allah” deməyinə rağmən “O”nun “Ləbbeyk” (buyur) deməsini heç duydunmu? Nə vaxta qədər “Allah” deyib duracaqsan?”

 Adam bu vəsvəsədən təsirləndi, acılar çəkməyə başladı, zikri tərk edib başını yerə qoyub yatdı. Yuxuda Xızır (a.s) yaşıl paltar geyinmiş olaraq ona göründü. O adama:

-“Niyə zikri tərketdin? Niyə bu gözəllikdən əl çəkdin?” dedi.

 Adam:

-“Ləbbeyk səsi gəlmir, qapıdan qovulmaqdan qorxuram” dedi.

-“Sənin o “Allah” deməyin, sənə “ləbbeyk” deyilməsidir. Sənin o dərdə düşüb. çarələr axtarmağın qapıya qəbul edilməyindir. Hər dəfə “Allah” deyəndə sənə gizlicə “Ləbbeyk, buyur!” deyilir.

Kimə dua qapısı açılmışsa, ona rəhmət, bərəkət, hikmət və qəbul qapısı da açılmışdır.

Xoşbəxt olmanın sirrini Peyğambər Əfəndimiz (s.ə.s)dən öyrən. Allah sənə nə verirsə ona razı ol. Başına gələn dərdə, bəlaya razı olar, səs çıxarmazsan, o anda, həmən sənə cənnət qapısı açılar. Əgər gəm elçisi sənə gəlirsə, tanış bir dost kimi qarşıla, onu qucaqla. Əslində o sənə yad deyildir, onunla tanışlığın vardır. Sevgilidən gələn cəfaya qarşı qətiyyən üzünü turşutma, onu nəşə ilə qarşıla, mərhaba, xoş gəldin de. Onu gülər üzlə, dadlı sözlə qarşıla ki, könül alıcı o bənzərsiz varlıq xoşa gəlməyən pərdəsini üstündən atsın da gözəlliği ortaya çıxsın.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AĞLAYAN KÖTÜK

Həz. Peyğambər (s.ə.s)in əshabı bir gün: -“Ya Rəsulallah, camaat çoxaldı, vaaz (moizə) etdiyiniz zaman üzünüzü görə bilmirik” dedilər. Bunun üçün...

Bağla