ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏ MİSİR MÜFTİSİ İLƏ GÖRÜŞÜB

0

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə səfərdə olduğu  Misir Ərəb Respublikasının paytaxtı Qahirədə oktyabrın 17-də Misirin Müftisi, Dünya Fətva Heyətləri Baş Katibliyinin rəhbəri Şövqi Əllamla görüşüb. Qafqaz Müsəlmanları İdarəsinin sədri  Şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşməkdən  məmnunluğunu ifadə edən Şövqi Əllam rəhbərlik etdiyi qurumun VIII Forumu, toplantıda müzakirə ediləcək məsələlər barədə geniş məlumat verib.

Misir Müftisi qeyd edib ki, Forumda Dünya Fətva Heyətləri Baş Katibliyinin fəaliyyətinə verdiyi töhfələrə görə Şeyxülislam Allahşükür Paşazadə “İmam Qarafi” ordeni ilə təltif olunacaq.   Şeyxülislam A.Paşazadə öz növbəsində bildirib ki, Misir Ərəb Respublikasına növbəti dəfə səfər etmək və qardaşı Şövqi Əllamla yenidən görüşmək imkanı qazandığına görə Allah-Təalaya dualar edir.  QMİ sədri A. Paşazadə sülhə və əmin-amanlığa böyük ehtiyac duyulduğu bir dövrdə Qahirədə belə bir Forumun keçirilməsini mühüm hadisə adlandırıb və tədbirinm işinə uğurlar arzulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Görüşdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Elxan Poluxov iştirak edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN-TÜRKİYƏ BİRGƏ TAKTİKİ TƏLİMİNƏ HAZIRLIQ MƏŞQLƏRİ KEÇİRİLİR

Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimin müxtəlif epizodlar üzrə fəaliyyətləri məşq etdirilir. Bu barədə...

Bağla