Anadolunun elm və irfan iqliminin davam etməsində və zənginləşməsində böyük xidmətləri olan Mənzil qrupunun mürşidi Seyyid Abdulbaqi əl-Hüseyni vəfat edib.
Mərhumun cənazə namazı bu gün əsr namazından sonra qılınacaq və irşad fəaliyyətlərini apardığı Adıyamanın Mənzil kəndində dəfn ediləcək.
Seyyid Abdulbaqi əl-Hüseyni 2 may 1949-cu ildə Adıyaman vilayəti Kahta rayonunun Mənzil kəndində anadan olub. İlk təhsilini atasına aid islami elmlər mədrəsəsində alıb.
Böyük qardaşı Seyyid Muhamməd Raşid Erolun 1993-cü ildə vəfatından sonra Seyyid Abdulbaqi Erol (əl-Hüseyni) Mənzil qrupunun mənəvi rəhbəri olub.
Allah rəhmət eləsin.
Mənbə: islamveihsan.com