Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin Azərbaycana səfər günü müəyyənləşib

0

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar iyulun 4-ü Bakıya səfər edəcək.

Bu barədə “Report”a ŞKTC-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Məlumata görə, ŞKTC Prezidenti Azərbaycana iyulun 5-6-da Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammiti ilə əlaqədar gəlir.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BMT-DƏN ROHİNCA MÜSƏLMANLARI BARƏDƏ XƏBƏRDARLIQ: “NARAHATIQ!”

Birləşmiş Millətlər Təşkilatının (BMT) İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsi (CERD) Rohinca müsəlmanlarına qarşı rəftarla bağlı bəyanat yayıb. "Hindistan Rohinca müsəlmanlarına...

Bağla