ŞİMALİ KİPRİN RƏHBƏRİ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜR EDİB

0

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının (ŞKTC) bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsindən sonra bu ölkənin Prezidenti Ersin Tatar Azərbaycan Prezidentinə təşəkkür edib.

Bu barədə “Report” Şimali Kipr Türk Respublikası Prezidentinin rəsmi saytına istinadən xəbər verir.

“Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycanda keçirilən tədbirlərdə dalğalanacağı barədə bəyanatından məmnun oldum.

Şərqi Aralıq dənizində bir millət, üç dövlət anlayışı ilə bir türk dövləti olan ŞKTC bu anlayışla varlığını davam etdirərkən, Azərbaycanla aramızdakı könül birliyinin, dəyərlərin və eyni millətin ayrılmaz hissəsi olaraq münasibətlərimizin getdikcə dərinləşməsi ən arzumdur.

Cənab Prezident İlham Əliyevə verdiyi bəyanatlara görə təşəkkür edirəm və ümid edirəm ki, qardaşlığımız, əməkdaşlığımız əbədi olacaq”, – Ersin Tatar bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ankarada “Türk Dünyası Yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yanaşma modeli” adlı konfrans keçirilib

Ankarada Türk Ağsaqqalları Birliyi - TAİB və Türkiyədəki Azərbaycan İş İnsanları Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin və...

Bağla