İnsana ölümcül zərəri olan siqaret yer üzündəki suya və torpağa da ziyan verir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (WHO) hazırladığı son hesabatda bildirilir. Hesabata görə hər il 7 milyon insanın ölümünə səbəb olan siqaret, eyni zamanda meşələrin, suların və torpağın asidifikasiyasına (asitlənmə) səbəb olur.
Hesabatda, hər il 6 trilyon siqaret istehsal edildiyi, bu vəziyyətin yaratdığı təsirlərin, dünyada istehsal edilən ümumi ərzaq məhsullarının istehsalı vaxtı yaranan mənfi təsirlərdən daha çox olduğu vurğulanıb.
Hesabatı hazırlayanlardan Nikolas Hopkinson, ekologiyaya verdiyi mənfi təsirləri səbəbilə siqaretin “qeyri-etik” məhsul adlandırılmasını təklif edib.
Mütəxəssislərin hesablamalarına görə, 50 il müddətə gündə 1 qutu siqaret çəkən bir nəfər 1.4 milyon litr suyun hədər edilməsinə görə məsuliyyət daşıyır.