“Dini etiqad azadlığı haqqında” yeni qanun layihəsinin hazırlanması gündəmdədir. İstəyirik ki, bu yöndə yeni qanun layihəsi müzakirələrə çıxarılaraq, qəbul edilsin. Buna ehtiyac var.
Bildirilir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, mövcud qanunun qəbulundan xeyli vaxt keçib və onun tam yeniləndirilməsinə zərurət yaranıb.
“Qanun layihəsi üzərində işlərə yeni başlanılıb. Orada hansı yeniliklər olacaq, hansı məqamlar nəzərdə tutulacaq, bu barədə indidən dəqiq bir söz demək olmur.
Qanun layihəsi ilkin variantda hazır olduqdan sonra bu haqda daha geniş danışmaq mümkündür. Amma bununla belə, dini etiqad azadlığı ilə bağlı yeni qanunun qəbulunu düşünürük”, – deyə komitə sədri əlavə edib.