SİYAVUŞ NOVRUZOV: “MÜXTƏLİF DÖVLƏTLƏR DİN PƏRDƏSİ ALTINDA MÜƏYYƏN ADDIMLAR ATIRLAR”

0

“Azərbaycanda həm qanunun aliliyi, həm də ənənələrin möhkəmliyi dini münasibətlərin inkişafına xidmət edir”.

Bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, Azərbaycanda insan hüquqları arasında birinci olaraq dini etiqad azadlığı dayanır: “Çünki istənilən dini etiqad azadlığına qarşı atılan addım insanların digər hüquqlarının pozulmasına gətirib çıxarır. Biz bu gün ayrı-ayrı dövlətlərin öz maraqlarını həyata keçirmək üçün din pərdəsi altında müəyyən addımlar atdığının şahidi oluruq. Bu cür davranışlar bəşəriyyətdə dini münasibətlərə müsbət təsir göstərmir və dövlətlər arasında münasibətlərin pozulmasına, millətlər arasında dostluq, qonşuluq əlaqələrinin pisləşməsinə gətirib çıxarır”.

S.Novruzov qeyd edib ki, din xadimi xalqlar arasında sülh və əmin-amanlığın yaranmasına xidmət etməlidir: “Təəssüf ki, Ermənistanda dinin özü işğalçılıq siyasətinə xidmət edir, din xadimləri isə bu davranışları dəstəkləyir. Din xadimləri bu hadisələri pisləyib, qarşısını almaqdansa, bu hadisələrə haqq verir və işğal siyəsətinin davam etdirilməsini təbliğ edir. Dəfələrlə şəhidlərimizin meyitlərinin qaytarılması istiqamətində Ermənistanın din xadimlərinə müraciət olunsa da, bizə müsbət cavab verməyiblər”.

Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyeva qondarma məhkəmə qurulması məsələsinə toxunan S.Novruzov bu məsələdə də ermənilərin dini anlayışlarının nə dərəcədə aşağı səviyyədə olduğuna diqqət çəkib: “Dilqəm və Şahbaza Ermənistanda qondarma məhkəmə qurulub və onların hüquqları pozulub. Bu istiqamətdə də bizim müraciətlərimizə, danışıqlara din xadimləri tərəfindən müsbət reaksiya verilməyib”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALLAHŞÜKÜR PAŞAZADƏ: “AZƏRBAYCANDA MƏSCİDLƏRLƏ YANAŞI, KİLSƏLƏRƏ DƏ DÖVLƏT SƏVİYYƏSİNDƏ QAYĞI GÖSTƏRİLİR”

“Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib”.

Bağla