SLOVENİYA MÜSƏLMANLARININ 50 İLDİR GÖZLƏDİYİ MƏSCİD İBADƏTƏ HAZIRDIR

0

Sloveniyanın paytaxtı Lyubliyanada tikilən və ölkənin yeganə minarəli məbədi olan “Lyubliyana məscidi” iyun ayında möminlərin istifadəsinə veriləcək. İslamveirfan.com xəbər verir ki, bu barədə Sloveniya İslam Birliyi təşkilatının sədri Nevzet Poriç məlumat yayıb.

“Hər şey başa çatmaq üzrədir. Məscidi istifadəyə verə bilərik. 50 il bu məscidin açılmasını gözlədik və nəhayət ona qovuşduğumuz üçün özümüzü xoşbəxt hiss edirik.” – deyə təşkilatın sədri bildirib.

Qeyd edək ki, Kəbənin quruluşundan ilham alınaraq kvadrat şəklində tikilən və 40 metr hündürlüyündə minarəsi olan “Lyubliyana məscidi”nin inşaatı 2013-cü ildə başlayıb.

Təşəbbüskarlar bu ölkədə məscid tikilməsi üçün ilk addımı 1969-cu ildə atsalar da heç bir nəticə əldə edə bilməmişdilər.

1 400 nəfərin eyni anda ibadət edə biləcəyi məscid təxminən 34 milyon euroya başa gəlib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ-DA POLİS RƏİSİ TƏYİN EDİLƏN TÜRK QURANA ƏL BASARAQ İŞƏ BAŞLADI

Amerika Birləşmiş Ştatlarında (ABŞ) polis rəisliyinə təyin edilən türkiyəli müsəlman Qurani-Kərimə and içərək vəzifəsinin icrasına başlayıb. İslamveirfan.com xəbər verir ki,...

Bağla