SLOVENİYADA BU ÖLKƏNİN YEGANƏ MİNARƏLİ MƏSCİDİ TİKİLİR

0

Sloveniyanın paytaxtı Lyublyanada ölkənin yeganə minarəli məscidi tikilir. Bünövrəsi 2013-cü ildə qoyulan, müasir memari üslubu ilə diqqəti cəlb edən məscidin gələn il istifadəyə veriləcəyi açıqlanıb. Məsciddə 2 min nəfərin eyni anda ibadət edə biləcəyini deyən Sloveniya İslam Şurasının sədri Nevzet Porik, bayırda əlavə 660 səccadəlik yer olduğunu qeyd edib.   

“Sloveniyada ilk məscid I Dünya müharibəsi vaxtı buraya gəlmiş boşnak əsgərlər tərəfindən tikilib. Amma bu məscid müharibədən sonra uçub. Bu, ölkənin yeganə minarəli məscidi olacaq.” – deyə Nevzet Porik bildirib. 

Qətər dövləti tərəfindən tikilən məscidə Bosniya və Hersoqovina ilə Türkiyənin də dəstək verdiyini deyən şura rəhbəri məscid ərazisinin alınması üçün “Diyanet”in böyük dəstəyi olduğunu vurğulayıb. Bu məscidin 2019-cu ildə açılmasının planlaşdırıldığını deyən Porik bildirib ki, hazırda Sloveniyada 18 məscid var.

“İslam Şurası ölkənin 18 şəhərində fəaliyyət göstərir və bu şəhərlərdə məscid də var. 2002-ci ildə keçirilən əhalinin siyahıya alınmasında ölkədə 50 min müsəlman yaşadığı bildirilib. Hesab edirik ki, bu gün bu say iki qatına çatıb. Sloveniyada artıq əhalinin siyahıya alınması dinə görə təsniflənmədiyi üçün əlimizdə dəqiq məlumat yoxdur.”

İslam Şurasının Sloveniyada müsəlmanları bir tavan altında topladığını deyən Porik, möminlərin etnik mənşəyinə baxılmadığını vurğulayıb.    

Xəbər: Şirəli MƏMMƏDOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BMT ÖTƏN AY MÜHARİBƏLƏRDƏ ÖLƏN UŞAQ SAYINI AÇIQLADI

Ötən ay Suriyada 59 uşaq qətlə yetirilib. Bu barədə məlumatı, BMT Uşaq Fondunun (UNİCEF) Yaxın Şərq və Şimali Afrika üzrə...

Bağla