SON 14 İLDƏ AZƏRBAYCANDA 7 DİNİ QURUM LƏĞV OLUNUB

0

“Azərbaycanda 2009-cu ildən bu günə qədər 7 dini qurum ləğv edilib”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, 2009-cu illə müqayisədə 2023-cü ildə dini qurumların qeydiyyata alınması prosesi iki dəfə çoxalıb: “Belə ki, 2017-ci ildə bu göstərici 760, 2019-cu ildə 940 olub. 2023-cü ildə isə dövlət qeydiyyatına alınan dini qurumların sayı 1002-dir”.

Dövlət Komitəsinin sədr müavini bildirib ki, 2009-cu ildən bu günə qədər ləğv edilən dini qurumların sayı 7-dir: “Hazırda ölkədə 958 islam, 37 isə qeyri-islam təmayüllü dini qurum dövlət qeydiyyatına alınıb”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanda son üç ildə nəşrinə icazə verilən dini ədəbiyyatların sayı açıqlanıb

Azərbaycanda son üç il ərzində nəşrinə icazə verilən dini ədəbiyyatların sayı açıqlanıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini...

Bağla