Xüsusiyyətləri
Allahın sözüdür. İçinə aldığı bilgilərin qaynağı Allahın özüdür. Ona heç bir insanın sözü qarışmayıb, qarışa da bilməz.
Hz. Muhammədə vəhy yoluyla endirilmişdir.
Mushaflarda yazılıdır.
Əzbərlənmiş, nəsildən-nəslə söz olaraq da nəql edilmişdir.
Oxunması ibadətdir.
İnsanlar onun bənzərini yaza bilməzlər, deyə bilməzlər.
Son vəhydir və hökmü qiyamətə qədər keçərlidir.
Quran ilk dəfə, Hz. Peyğəmbər qırx yaşında ikən, Ramazan ayında, Qədr gecəsi, Hira mağarasında endirilməyə başlanmışdır. İlk enən ayələr Ələq surəsinin 1-5-ci ayələridir
Quranın Hissələri
Ayə: Quranın ən kiçik hissəsidir. Günümüzdəki mushaflarda ayələri birbirindən ayırmaq üçün çiçək şəklində və ortasına ayə nömrəsi yazılan xüsusi bir işarə işlədilməkdədir. Quranda bu şəkildə 6236 ayə var.
Surə: Quranın, ən azı üç ayədən ibarət olan, müxtəlif uzunluqlara sahib olan hər bir xüsusi bölməsinə verilən addır. Surələrin başında bəzəkli bir çərçivə və bu çərçivənin içində surənin adı yer alır. Quranda 114 surə mövcuddur. Quranın ilk surəsi. Fatihə Surəsi, son surəsi də Nas Surəsidir. Tövbə Surəsi xaric bütün surələrin başında bəsmələ olur. Quranın ən uzun surəsi Bəqərə Surəsi, ən balaca surəsi də Kövsər Surəsidir.
Cüz: Quranın iyirmi səhifədən ibarət olan hər bir bölməsinə cüz deyilir. Hər cüzün başladığı səhifənin kənarında xüsusi bir işarə olur. Quranda cəmi otuz cüz var.
Əşr: Bir surənin öz içində mövzu və məna bütünlüyünü göstərən və təxminən on sətirlik hissələrdir. Ümumiyyətlə, imamlar tərəfindən mehrabda oxunduğu üçün buna mehrabiyə də deyilir.
7/24 Elmihal Kitabı (İpəkyolu Nəşriyyatı)