SONSUZLUQ YURDU AXİRƏT

0

Hər can olumu dadacaq. Yaxşılıq və pisliklərlə sizi imtahan edirik. Və axırda hamınız bizə donəcəksiniz”. 21 / Ənbiya surəsi 35

Hər canlı doğular, böyüyər və ölər. Bu, davamlı yaşadığımız və hər an şahid olduğumuz bir həqiqətdir. Və hər ölüm üzər insanı… Ölən istər bir insan olsun, istər bir heyvan, ya da bitki… Üzüntü həmişə var, fərqli olan üzüntünün şiddətidir. Amma axirətdə görüşəcəyimiz ağlımıza gələndə acımız azalar. Geridə sevdiyimizi bir müddət görə bilməyəcək olmağımızın hüznü qalar sadəcə. Onu təkrar görmək ümidi isə içimizi aydınladar yenidən. Çünki bilirik ki, ölüm başqa bir həyata açılan qapıdır.

  • Qəbir həyatı (ölümlə başlayıb təkrar dirilmə ilə sona çatacaq dövr)
  • Qiyamət (dörd böyük mələkdən İsrafilin sura üfürməsi ilə aləmdəki nizamın pozulması, bütün həyatın sona çatması)
  • Bəis (Qiyamətdən sonra İsrafilin ikinci dəfə sura üfürməsi ilə bütün canlıların dirilməsi)
  • Məhşər (hesaba çəkilmək üçün təkrar dirildikdən sonra yığışılacaq yer)
  • Əməl dəftəri (dünyada ikən edilənləri bütün təfərrüatı ilə qeydə alan dəftər)
  • Hesab (bütün insanların dünyada ikən etdiklərindən sorğu-sual edilməsi)
  • Mizan ( hesaba çəkildikdən sonra günah və savabların çəkiləcəyi ilahi ədalət ölçüsü)
  • Cəhənnəm (dünyada ikən işlənmiş günahların cəzalarının veriləcəyi yer)
  • Cənnət (möminlərin əbədi olaraq qalacağı, Allahın müxtəlif nemətləri ilə mükafatlandıracağı yer)

7/24 Elmihal Kitabı (İpəkyolu Nəşriyyatı)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
LAÇINDA TİKİLƏCƏK MƏSCİD ÜÇÜN LAYİHƏLƏNDİRMƏ BİTMƏK ÜZRƏDİR

Laçında inşa olunacaq məscid üçün yer ayrılıb. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib....

Bağla