SOSİAL ŞƏBƏKƏ PSİXALOGİYAMIZI POZUR!

0

Son dövrlərrdə sosial şəbəkə istifadəsinin çoxalması və smartfonların yayılmasının həyatımızda müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də müşahidə edilir.

“We Are Social” və “Hootsuite”nin hazırladığı “Digital in 2017 Global Overview” hesabatına görə, dünyanın yarısından çoxu ən azı bir smartfon istifadəçisidir və ⅔-nin ən azı bir mobil telefonu var. 

Sosial şəbəkə və internet istifadəsinin getdikcə çoxalması səbəbindən psixologiyası pozulan istehlakçıların 43%-i özlərini asılı hesab edirlər. İnternetin şüursuz istifadə edilməsi səbəbindən istifadəçilərdə baş verənlərdən xəbərsiz qalmaq qorxusu, hikikomori, saxta sarsıntı kimi xəstəliklər pik həddə çatıb. Türkiyədə gənclər arasında internet istifadəsi isə 90%-ə çatıb.

Hesabatda, dünyada web trafikinin yarısından çoxunun mobil telefonlardan gəldiyi, dünya əhalisinin 20%-dən çoxunun son 30 gündə internetlə alış-veriş etdiyi bildirilir. 

Hesabatda qardaş Türkiyə barədə məlumatlara da yer verilib. Məlumatda bildirilir ki, Türkiyə əhalisinin 60%-i internetə qoşulur. Həmçinin Türkiyədə mobil istifadəçi sayı 71 milyon, sosial şəbəkəyə mobil cihazlarla qoşulan istifadəçi sayı isə 42 milyondur.

Türkiyədəki Beynəlxalq Sosial Şəbəkə Dərnəyi idarə heyətinin sədri Said Ercan ölkədə gənc əhalinin sosial şəbəkədə fəal olduğunu deyib: “Türkiyədə gənc əhali sosial şəbəkədən çox aktiv istifadə edir. Gənclər arasında internet istifadəsinin səviyyəsi 90%-ə çatıb.”  

Ercan ölkədə internet asılılığının pik həddə çatdığını vurğulayıb: “Baş verənlərdən xəbərsiz qalmaq qorxusu (fear of missing out), hikikomori, saxta sarsıntı kimi xəstəliklər son dövrlərdə pik həddə çatıb.”

 

Şirəli Məmmədov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏBƏDƏ ŞƏKİL ÇƏKDİRMƏK QADAĞAN EDİLİB

Müsəlmanların qibləgahı olan müqəddəs Kəbədə foto və video çəkilişi qadağan edildi.

Bağla