“SOVQATI, QURBANLIĞI PAYLADIQDA REKLAM ETMƏK YOLVERİLMƏZDİR”

0

“İslam dininə görə edilən yaxşılıqları reklam etmək düzgün sayılmır. Hətta dində “sağ əlin verdiyini, sol əlin bilməməlidir” kimi bir deyim də var. Bu baxımdan belə məsələlərdə hər kəsin diqqətli olmasına ehtiyac var. Qurban və Ramazan bayramları paylaşma, birlik və həmrəyliyi özündə ehtiva edir. Bunları sırf reklam məqsədi ilə etmək və sovqat paylanan insanlara əziyyət vermək isə qəti qadağandır”.

Bunu Pravda.az-a açıqlamasında millət vəkili, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

C.Məmmədov qeyd edib ki, kimsə bu addımı insanları bu əməllərə təşviq etmək məqsədilə atırsa, məqbul hal kimi dəyərləndirilir: “Belə etməklə həmin insanlar cəmiyyəti bu işləri sağlam formada həyata keçirməyə çağırış edirlər. Daha əvvəl də qeyd etdiyim kimi sovqatı, qurbanlığı payladıqda reklam etmək yolverilməz, ancaq qarşıdakı insanları incitməyəcək, onları alçaltmayacaq formada təbliğatın həyata keçirilməsi mümkündür. Allah bütün qurbanları qəbul etsin. Bu ay xeyir əməllər ayıdır. Qurban bayramı zamanı insanlar əllərindəki nemətləri paylaşır və bir-birinə dəstək olurlar. İmkanlı insanlar imkansız insanlara yardım edirlər. Bu baxımdan da ayın fəzilətləri böyükdür”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜN SUPERAY HADİSƏSİ BAŞ VERƏCƏK

Bu gün superay hadisəsi baş verəcək. Kosmik hadisəni Bakı vaxtı ilə saat 22:00-dan sonra izləmək mümkün olacaq. Məlumata görə, saat...

Bağla