“SREBRENİTSADAKI FACİƏLİ HADİSƏLƏR BƏŞƏRİYYƏT TARİXİNDƏ QARA LƏKƏDİR”

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 il əvvəl Bosniya və Herseqovinada törədilən Srebrenitsada faciəli hadisələri bəşəriyyətin tarixində qara ləkə adlandırıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Bəşəriyyət tarixinə qara ləkə kimi düşən Srebrenitsa soyqırımının 28-ci ildönümündə ölənlərin ailələrinə və yaxınlarına, bütün bosniyalı qardaşlara dərin hüznlə başsağlığı verirəm. Biz Srebrenitsa hadisələrini unutmayacağıq və unutmağa imkan verməyəcəyik ki, belə vəhşiliklər bir daha təkrarlanmasın”, – Türkiyə liderinin sosial şəbəkədəki paylaşımında qeyd edilib.

Bosniya və Herseqovina sakinləri hər il iyulun 11-də Srebrenitsa şəhərində 1995-ci ildə öldürülən 8 mindən çox müsəlmanın xatirəsini yad edirlər. Bu, İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük humanitar fəlakət hesab olunur.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALMANİYADA QURAN NÜSXƏSİNİ YANDIRMA TƏXRİBATI BAŞ VERİB

Almaniyada naməlum şəxslər Qurani-Kərim nüsxəsini yandıraraq hərəkət edən avtomobildən məscidin qarşısına atıb. Hadisə, Baden-Vürtemberq əyalətindəki Diyanət Türk İslam Birliyinə (DTİB)...

Bağla