STARMER: QƏZZADA ATƏŞKƏS ÜÇÜN TƏCİLİ ADDIMLAR ATILMALIDIR

0

Böyük Britaniyanın yeni hökumət başçısı Kir Starmer İsrail Prezidenti İsxak Hersoqa Qəzza sektorunda atəşkəsə nail olmaq üçün dərhal addımlar atılmasının zəruri olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə iki liderin Parisdə keçirilən görüşünün nəticələrinə dair baş nazirin ofisi tərəfindən yayılan bəyanatda deyilir.

“Baş nazir bildirib ki, girovların azad edilməsi və ehtiyacı olanlara daha çox humanitar yardımın çatdırılması üçün atəşkəsə nail olmaq istiqamətində dərhal addımlar atılmalıdır”, – bəyanatda qeyd olunur.

“Baş nazir İsrailin beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə hüququnu dəstəkləməyə davam etdiyini təkrarlayıb”, – sənəddə vurğulanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“BAYRAKTAR KALKAN DİHA” TƏQDİM EDİLDİ – VİDEO

“Bayraktar KALKAN DİHA” (Dikey İniş Kalkışlı İnsansız Hava Aracı – Şaquli Eniş və Kalkış Pilotsuz Uçuş Aparatı) 40-cı uçuşunda həyata...

Bağla