Sudanlı rəssam, İslama qarşı mövqeyi səbəbilə Fransanın verdiyi ordeni qəbul etmədi

0

Sudanlı rəssam Kamala İbrahim İshaq, İslama qarşı mövqeyi və Hz. Muhammədi (SAV) təhqir edən karikaturalar səbəbindən Fransanın verdiyi “İncəsənət və ədəbiyyat ordeni”ni qəbul etməyib.

İslamveirfan.com xəbər verir ki, bu barədə Sudanın rəsmi “Suna” agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, rəssam paytaxt Xartum şəhərindəki Fransa səfirliyinə bu barədə etirazını bildirib.səfirlik isə baş verənlərə görə təəssüf etdiyini açıqlayıb.  

Fransanın İncəsənət və ədəbiyyat ordeni (Chevalier de I’Ordre des Arts et des Lettres), Fransa Mədəniyyət Nazirliyi tərəfindən dünya miqyasında incəsənət və ədəbiyyat sahəsinin inkişafına töhfə vermiş şəxslərə təqdim olunur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ATA VƏ ANANIN ÖVLAD ÜSTÜNDƏKİ HAQQI NƏDİR?

Allah Qurani-Kərimdə belə buyurur: “Rəbbin yalnız Özünə ibadət etməyi və ana-ataya yaxşı davranmağı əmr etmişdir. Əgər onlardan biri və ya...

Bağla