SÜLH MÜQAVİLƏSİNİN ƏSAS PRİNSİPLƏRİNİ BİR NEÇƏ AYA YEKUNLAŞDIRA BİLƏRİK

0

Zənnimcə sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi:

“Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər – əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”.

Prezident İlham Əliyev qeyd etdi ki, bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜN AZƏRBAYCANDA POLİS GÜNÜDÜR

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan polisinin yaradılmasının 106 illiyi münasibətilə videoçarx təqdim edib. Videoçarxla bağlı paylaşımda bu sözlər yer alıb:...

Bağla