SUMQAYITDA YERLƏŞƏN “N” SAYLI HƏRBİ HİSSƏDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİLİB

0

Dekabrın 18-də Müdafiə Nazirliyinin Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə ilk öncə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.

Daha sonra çıxış edən DQİDK sədrinin müavini Səyavuş Heydərov dini radikalizmi doğuran səbəblərdən, radikalizmlə mübarizədə maarifləndirmə işinin önəmindən bəhs edib. Sədr müavini radikalizmi doğuran başlıca səbəblərdən biri kimi dinlərin mahiyyətinin təhrif olunduğunu qeyd edib. Onu da vurğulayıb ki, İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. Səyavuş Heydərov diqqətə çatdırıb ki, bütün fəaliyyətimizin hədəfi milli və islami dəyərlərimizin qorunmasına və təbliğinə yönəlib. Bu cür maarifçilik tədbirləri cəmiyyətin bütün təbəqələrini əhatə edir, o cümlədən hərbi hissələrdə təşkil olunur.

“Şəhadət” sənədli filminin çəkilməsini zəruri edən amillərə toxunan sədr müavini filmin dini maarifləndirmə işindəki əhəmiyyətindən danışıb.

Sonda hərbçiləri maraqlandıran suallar cavablandırılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DÖVLƏT KOMİTƏSİNİN ŞÖBƏ MÜDİRİ: “QƏBİR YERLƏRİNİN SATILMASININ QARŞISI ALINACAQ”

“Azərbaycanda artıq “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları” təsdiqlənib. Təsdiq edilən yeni qaydalar neqativ halların qarşısını alacaq. Bütün qəbir yerləri...

Bağla