ŞUŞA İƏT-İN 2024-CÜ İL ÜZRƏ GƏNCLƏR PAYTAXTI SEÇİLİB

0

Qarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib.

Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “Gənclər Paytaxtı 2024” beynəlxalq proqramının seçim komissiyası tərəfindən 2024-cü il üzrə namizədliyi irəli sürülən Şuşa şəhərinin “İƏT Gənclər Paytaxtı” seçilməsi ilə bağlı yekdilliklə qərar qəbul edilib.

İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və nazirliyin gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova iştirak ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERMƏNİSTANIN KAPİTULYASİYA AKTINI İMZALAMASINDAN ÜÇ İL ÖTÜR

Bu gün Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətini anlayaraq kapitulyasiya aktını imzalamasından üç il ötür. İşğalçı ölkə tərəfindən məğlubiyyət aktını Ermənistanın...

Bağla