“ŞUŞA İSLAM İRSİNİN VƏ MƏDƏNİYYƏTİNİN RƏMZİDİR”

0

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşada bir sıra mədəni tədbirlər təşkil etməyi planlaşdırır.

Bunu “Report”a açıqlamasında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bildirib.

“Mayın 11-də biz Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsini Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qeyd etdik. Bu, təkcə Şuşa şəhərinin və Qarabağın deyil, bütün İslam dünyasının tarixində əbədi olaraq qalacaq xüsusi bir gündür. Çünki Şuşa İslam irsinin, mədəniyyətinin, tarixinin rəmzidir”, – o vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RUHUN DAYANACAQLARI

Qəbr, insanın bu dünyadakı son, axirət baxımından isə ilk dayanacağıdır, yəni həyatın sona çatdığı yer olsa da, ruhların öz səyahətini...

Bağla