ŞUŞA MƏSCİDİNİN MİNARƏSİNDƏN AZAN OXUNUB

0

Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşada yerləşən məscidin minarələrindən azan verilib.

“Report” xəbər verir ki, azan səsi Şuşadan Xankəndi istiqamətində səsləndirilib.

Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib.

Bundan başqa, Şuşadan Xankəndi istiqamətində səsgücləndirici vasitəsilə Azərbaycanın Dövlət Himni, həmçinin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” üvertürası da səsləndirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCAN QADINLARINI TƏBRİK EDİB

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. Təbrikdə deyilir: "Hörmətli xanımlar! Sizi 8...

Bağla