Türkiyənin Bursa şəhərində keçirilən TÜRKSOY daimi şurasının iclasında Şuşanın 2023-cü il Türk Dünyasının paytaxtı olması barədə qərar qəbul edilib.
Bu barədə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov sosial şəbəkədəki rəsmi səhifəsində məlumat paylaşıb.
“Tarixi bir gün: Mədəniyyət incimiz olan Şuşa şəhəri Türk dünyasının 2023-cü il üçün Mədəniyyət Paytaxtı elan edildi. Gələn il ərzində Şuşanın türk mədəniyyətinin mərkəzi olmasını təntənə ilə qeyd edəcəyik. Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm.” – deyə nazir tviter səhifəsində qeyd edib.