Şuşada 18 tarix və mədəniyyət abidəsi bərpa edilib, iki yeni məscid tikilir

0

Şuşa şəhərində dağıdılmış 200-dək tarix və mədəniyyət abidəsindən 18-i indiyədək bərpa edilib, iki yeni məscid tikilir.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransda çıxışı zamanı deyib.

O xatırladıb ki, şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı: “Prezidentin tapşırığı ilə məscidlərin dərhal bərpa edilməsi işinə başlanılıb və nəticədə dörd il ərzində şəhərdə dörd məscid tam şəkildə bərpa edilib, biri şəhərdə, digəri isə Daşaltı kəndində olmaqla iki yeni məscidin inşasına başlanılıb”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINI TƏBRİK EDİB

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrik mətnində deyilir: "Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində...

Bağla