ŞUŞADA DƏDƏ QORQUD BEYNƏLXALQ FİLM FESTİVALI KEÇİRİLƏCƏK

0

Şuşada, “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı keçriləcək. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

“Mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy bildirib ki, “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı 2022-ci ildə Bursada (Türkiyə-red), 2023-cü ildə isə Azərbaycanın mədəniyyət paytaxtı, azad Qarabağın qəlbi Şuşada keçiriləcək”, – deyə səfir vurğulayıb.

Qeyd edək ki, “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanıb.

Eyni zamanda Azərbaycan filmləri noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında nümayiş edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV TÜRK ŞURASININ ZİRVƏ GÖRÜŞÜNDƏ ÇIXIŞ EDİB

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Əvvəlcə...

Bağla