Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar tədbirlər keçiriləcək

0

Şuşada şəhərin “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar təntənəli tədbirlər keçiriləcək.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbul edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində böyük səylər göstərir. Prezident bildirib ki, Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması qərarı bütün İslam dünyasının Azərbaycana göstərdiyi böyük dəstəyin təzahürüdür və gələn ay Şuşada təntənəli tədbirlər keçiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib. Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində...

Bağla