Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə poçt markası hazırlanıb

0

TÜRKSOY Daimi Şurasının qərarı ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə poçt markası hazırlanıb.

I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı poçt markasının “Birinci gün zərfi”nin üzərində rəsmi olaraq möhürlənməsi mərasimi keçirilib.

“Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri Sitarə Hüseynova poçt markası haqqında məlumat verib.

O qeyd edib ki, buraxılış 1 markadan ibarət blok şəklində, 5000 tirajla hazırlanıb. Blokun üzərində “Şuşa-2023” loqosu, TÜRKSOY-a üzv ölkələrin bayraqları və Şuşanın atributları həkk olunub. Müəllif rəssam Orxan Qarayevdir.

Bildirib ki, ötən il Şuşa şəhərinin 270 illik yubileyi ilə bağlı 21 növdə müxtəlif poçt markaları dövriyyəyə buraxılıb. Həmin markaların üzərində Şuşanın tarixi, mədəniyyəti və görkəmli xadimləri ilə bağlı məlumat öz əksini tapıb. Bu markalardan ibarət “Şuşa poçt markalarında” adlı kitab da nəşr olunub.

Daha sonra mədəniyyət naziri Adil Kərimli və TÜRKSOY-un baş katibi Sultan Raev tərəfindən markalara möhür vurulub, imzalar çəkilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KKTC Prezidenti Azərbaycan xalqına və dövlətinə təşəkkür edib

“Azərbaycanda tarixi günlər yaşayırıq. Azərbaycan xalqına və dövlətinə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edirik”. Bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin...

Bağla