ŞUŞAYA SƏFƏR EDƏNLƏRİN BİLETİ BELƏ OLACAQ – FOTO

0

Xəbər verdiyimiz kimi, yanvarın 24-dən işğaldan azad edilmiş ərazilərə marşrut avtobusları təşkil olunacaq.

Məlumata görə, artıq səfərə hazırlaşanlar arasında biletini əldə edənlər də var. Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Məlum olub ki, Bakıdan Şuşaya gedən vətəndaş saat 05:30-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində olmalıdır. Minik vaxtı bu saata təsadüf edir, bir saat sonra isə səyahət başlayır.

Sərnişinlər Şuşaya “Mercedens-Benz Travego” avtobusu ilə yola düşəcək.

Şuşa istiqamətində relyef nəzərə alınaraq, xüsusi əyləc tipi olan avtobuslar seçilib. İstiqamət kimi isə Şuşanın köhnə avtovağzalı qeyd olunub.

Qeyd edək ki, biletlərin bir tərəf üçün qiyməti Bakı-Şuşa – 10.40 AZN, Bakı-Ağdam  – 9.40 AZN, Əhmədbəyli-Şuşa – 7 AZN, Bərdə-Ağdam- 5 AZN, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa – 6 AZN-dir.

qafqazinfo

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GƏLƏN AY ÜÇÜN AZƏRBAYCANDAN ÜMRƏ ZİYARƏTİNİN TARİXLƏRİ AÇIQLANIB

Yanvarın 13-dən 20-nə qədər olan Ümrə ziyarəti başa çatıb. Bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib....

Bağla