TƏHSİLDƏ ƏDƏB

0

Hər bir sahədə olduğu kimi təhsil sahəsində də ədəb böyük əhəmiyyətə sahibdir. Təhsil hər şeyin başıdır. Təhsil və ədəb bir-biri ilə möhkəm iplərlə bağlanmışdır. Buna görə ədəb və təhsil kəlmələrini qardaş adlandıra bilərik. Həm təhsil, həm də ədəb cəmiyyətlərin inkişaf səbəbləridir. Həzrət Peyğəmbər (s.) buna diqqət etmiş və “əshabi-süffə”yə təhsili ədəbin bir parçası olaraq öyrətmişdir. Daha sonra burada yetişən nəsillər uzaq diyarlara gedərək bir-birindən fərqli və köklü məktəblər qurmuşlardır.

İslam ədəb qaydalarına görə təhsildə ədəb böyük önəmə sahibdir. Tələbələr və tələbə-müəllim arasındakı təməl əxlaqi davranışları aşağıdaki kimi sıralaya bilərik:

  • Müəllim və ya söz alan elm tələbəsinin (və ya tələbə yoldaşının) sözünü kəsmək doğru deyildir; Allah Təala, müqəddəs kitabı Qurani-Kərimdə, Hucurat surəsinin 2-ci ayəsində bu məsələyə belə toxunur: “Ey iman edənlər! Səslərinizi Peyğəmbərin səsindən daha çox ucaltmayın, bir-birinizə səsləndiyiniz kimi ona səslənməyin. Əgər belə edərsəniz, xəbəriniz olmadan bütün əməlləriniz puç olar.” (Hucurat, 49/2) Allah Təala bu ayədə müsəlmanlara Həzrət Peyğəmbərə (s.) necə xitab ediləcəyini öyrədir. Biz bilirik ki, Qurani-Kərimin hökmləri ümumbəşəridir. Qurani-Kərimin ümumbəşərilik prinsipinə uyğun olaraq bu ayəni bütün müsəlmanlar şəxsi və gündəlik həyatlarında tətbiq etməlidir desək ifrata varmış olmarıq. Ayədən hərəkət edərək tələbə müəllimini sonuna qədər dinləməli, sözünü bölməməli, tələbər isə yoldaşlarına qarşı ədəbli olmalı, sözlərini kəsməyərək qarşı tərəfi dinləməyi bacarmalıdır. Əgər bu ümumi qaydaya riayət edilməsə xaos baş göstərər. Elm adlı güclü qüvvə isə əllərimiz arasından yox olar.
  • Dərs əsnasında oturma və duruş qaydalarına riayət edilməlidir; Hər bir tələbə və müəllim dərs əsnasında oturma və duruş qaydalarına riayət etməlidir. Belə ki, ayaq üstə ayaq qoymaq, dərs əsnasında ayaqları uzatmaq, irəli və ya arxaya dönərək tələbələrlə danışmaq, yüksək səslə deyib gülmək doğru deyildir.
  • Dərsi dinləmək; “Müəllim” sözü ərəb dilindəki “əlləmə / علم” (öyrətmək) kökünən meydana gələn və “öyrədən” mənalı sözdür. Müəllimin əsas vəzifəsi dərsi qarşı tərəfə izah etməkdir. Tələbə isə tələb edən mövqeyində olduğu üçün müəllimi dinləməlidir. Bu, eyni zamanda qul haqqıdır. Çünki müəllim, dərsə gəlmədən əvvəl izah edəcəyi dərs üçün günlərini və ya saatlarını sərf edir. Dərs əsnasında isə vaxtının bir qismini tələbələrinə ayırır. Bu nöqteyi-nəzərdən məsələyə yanaşdıqda qul haqqına riayətin önəmli olduğunu görərik.
  • Dərsi yayındıracaq vərdişlərdən uzaq durmaq; Təhsil əldə etmək müqəddəs bir vəzifə olduğu üçün dərsi yayındıracaq hərəkətlərdən, davranışlardan uzaq durmaq və dərslə əlaqəli olmayan suallar verməkdən çəkinmək lazımdır.
  • Kitablara qarşı münasibət; Kitablar bizim ən sadiq dostlarımızdır. Elm tələb edən hər bir şəxs kitablara qarşı münasibətdə ədəbli olmalıdır. Onları əzməməli, içini yazmamalı və vərəqlərini yırtmamalıdır. Çünki kitablar elmi öyrənməyə vəsilə olan ən böyük “nemət” Eyni zamanda istifadə edilmiş kitabları ehtiyacı olan insanlara verməkdə könülsüz olmaq (qısqanc davranmaq) “ədəbsiz” bir davranışdır.     

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Cahit Bağçı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarını seçkidə iştiraka çağırıb

Türkiyə səfiri Cahit Bağçı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarını səsvermədə iştirak etməyə çağırıb. O, mətbuat konfransında mayın 14-də Türkiyədə Prezident və...

Bağla