Peyğəmbərimiz (s.ə.s.) “Təbəssüm sədəqədir”- buyurmuşdur. Bu sualı təkrar özümüzdən soruşaq: “Təbəssüm nə üçün sədəqədir?”
Təbəssüm elə böyük bir nemətdir ki, bu neməti nə pulla, nə də malla satın ala bilərik. Gözündə dünya mənfəəti silinmiş olan arif bəndələr bu qiymətli xəzinəyə qovuşmuşdular və üzlərindən Peyğəmbər sünnəsi olan təbəssüm heç bir zaman əksik olmaz. Muinüddini Çeşti həzrətləri də bütün haqq dostları kimi mütəbəssüm idi və ariflərin xüsusiyyətlərini sıralayarkən belə buyurmuşdur: “ Arifin bir xüsusiyyəti də insanlara qarşı daim gülərüzlü olmasıdır”.
Elə insanlar vardır ki, təbəssümü unutmuşlar. Peyğəmbərimiz (s.ə.s.) belə insanlara verə biləcəyimiz ən böyük sədəqənin təbəssüm olduğunu xatırlatmış və təbəssüm edərək təbəssümü unutmuş insanlara sən xatırlat deyə tövsiyə etmişdir.
Davranış mütəxəssislərinə görə, tanışlıq anında 90 saniyə içində qarşısındakı insanın üzərində edəcəyi təsirin yüzdə 90-nı reallaşmış olar. Məkkədən Mədinəyə hicrət edən Peyğəmbərimiz (s.ə.s.)i maraqlanıb gələn yəhudi alimi Abdullah bin Səlam ilk görüşdə bu halın təsiri altında qalmış və: “Bu üz əsla yalan söyləməz”,-deyərək iman şərəfinə nail olmuşdur.
Bundan başqa qaş-qabaq tökmək, qəzəblənmək üçün 103 əzələyə, gülümsəmək üçün isə sadəcə 12 əzələyə ehtiyacımız olduğunu bilirdinizmi? Təbəssüm insan olaraq qarşımızdakına verə biləcəyimiz, sərmayəsi sıfır olan, birinə gözəl təsir etmək üçün sehirli bir dərmandır.
Peyğəmbərimiz (s.ə.s.) gülümsəmənin sədəqə olduğunu bildirmişdir, özündən keçib qəh-qəhə çəkməyin isə savabı olmayıb, əksinə qəlbi öldürdüyünü başqa hədislərdə görürük.
Mövlana həzrətləri davranışların insanın xarakterini nümayiş etdirdiyini bu sözlərlə bildirmişdir: “İnsanın necə güldüyündən ədəbini, nəyə güldüyündən ağlını anlaram”.
Keçici dünya həyatına dəyər verərək süni təbəssümlərə aldanan insanlara son nəfəsdəki təbəssümün dəyərini Ustad Nəcib Fazil bu beyti ilə xatırlatmışdır:
Bu dünyada rəng, naxış, ləzzət, nə varsa küsüm
Gözümdə son mərifət, Əzrailə təbəssüm…
Bu beytləri Həzrəti Mövlananın bu sözləri ilə tamamlayaq:
“Ağıllılar öncədən ağlayar, sonunda təbəssümə qərq olarlar. Axmaqlarsa öncədən qəh-qəhələrə boğular, sonra da başlarını daşlara vuraraq ağlayarlar”.
Dinimiz ikrama böyük əhəmiyyət vermişdir. Fəqir insan belə bu dində məhrum qalmaz. İmkanı yoxsa təbəssümü ilə ikram edər və sədəqə savabı alar.
Yaxınlarına gözəlliklər bəxş edərək təbəssüm etdirənlər bəzən bir təbəssümlə min kilometr kənarda yaşayan qardaşlarını xatırlayaraq qəlblərdə bu duyğunu yaşadırlar.
Saxta gülüşlərin ətrafı bürüdüyü bir zamanda əsil təbəssümü könüllərdə yaşıllaşdırmanız və yaşıllaşıdrmağımız duası ilə.
Hatice Şahin