TƏBLİĞ METODLARI

0

Qurani-Kərimdə altmışdan çox yerdə təbliğ ilə əlaqəli ayələr mövcuddur. Bu ayələrdən yola çıxaraq Allah-Təalanın təbliğə nə qədər əhəmiyyət verdiyini görürük. Bu ayələrdən bəzilərində belə buyrulur:

“(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır”. (Nəhl, 125)

“İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər”. (Fussilət, 33)

“Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər”. (Əraf, 199)

Peyğəmbər (s.ə.s) belə buyurur:

“Hər kim pis əməl edildiyini görərsə onu əli ilə düzəltsin. Buna gücü yetmirsə dili ilə əngəlləməyə çalışsın. Buna da gücü yetmirsə qəlbi ilə cəhd etsin”. (Müslim, Tirmizi)

Təbliğ üç şəkildə edilir:

  • Müdirik insanlara hikmətlə təbliğ etmək.
  • Ümumi insanlara nəsihət və gözəl sözlə təbliğ etmək.
  • Sərt xasiyyətli insanlara da həmişə yaxşılıq edərək təbliğ etmək.
SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KANADADA İSLAMAFOBİYAÇI HÜCUM NƏTİCƏSİNDƏ 4 MÜSƏLMAN ÖLÜB

Kanadanın Ontario əyalətinin London şəhərində sürücü idarə etdiyi mikroavtobusu səkidə yeriyən müsəlman ailəsinin üstünə sürüb. Hadisə nəticəsində ailənin dörd üzvü...

Bağla