TƏMİZLİK İLƏ ƏLAQƏLİ AYƏ VƏ HƏDİSLƏR

0

Dinimiz maddi və mənəvi təmizliyə xüsusi diqqət etmiş, ibadətlər üçün təmizliyi fərz qılmışdır. Peyğambər (s.ə.s) təmizliyin imanın yarısı olduğunu bildirmişdir. Yaxşı Quranda təmizliklə əlaqəli ayələr hansılardır? Təmizliklə əlaqləli ayə və hədislər aşağıdakılardır.

Ayələr:

Bəqərə /57

“(Tih səhrasında) üstünüzə buludla kölgə saldıq. Sizə qüdrət halvası və bildirçin göndərdik. Ruzi olaraq verdiklərimizin təmiz olanlarından yeyin! Onlar Bizə deyil, özlərinə zülm edirdilər.”

Bəqərə /267

“Ey iman gətirənlər! Qazandıqlarınızın və sizin üçün torpaqdan yetişdirdiklərimiz yaxşısından (Allah yolunda) infaq edin! Və (sizə verildiyi təqdirdə) ancaq gözü yumulu alacağınız pis şeylərdən (Allah yolunda) infaq etmək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur, şükrə layiqdir.”

Nisa /43

“Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi bilənə qədər və cünub olduğunuz zaman – yolçular istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın! Əgər xəstə, yaxud səfərdə olsanız və ya sizdən biri ayaq yolundan gəlsə, yaxud qadınlarla yaxınlıq etsəniz (cinsi əlaqədə olsanız), (qüsl və ya dəstəmaz üçün) su tapmasanız, təmiz bir torpaqla təyəmmüm edin; (torpağı) üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, bağışlayandır. (Dəstəmaz, yaxud qüsl almaq istəyən bir müsəlman su tapmadığı vaxt torpaq, yaxud torpaq cinsindən olan bir şeylə təyəmmüm etməlidir. Təyəmmüm həm dəstəmaz, həm də qüsl əvəzinə edilə bilər. Bundan əlavə, su olub, ancaq o sudan istifadə etmək mümkün olmadığı zaman da təyəmmüm edilməlidir.)”

Maidə /5

“Bu gün təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Kitab verilənlərin (yəhudi və xristianların) yeməkləri sizə halaldır. Sizin yeməkləriniz də onlara halaldır. Azad və iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır.”

Maidə /100

“De: “Pisin (haramın) çoxluğu xoşuna gəlsə belə pis və yaxşı (haram və halal) eyni ola bilməz. Ey ağıl sahibləri, Allahdan qorxun ki, bəlkə nicat tapasınız!”

Əraf /160

“Biz onları (İsrail oğullarını) on iki qəbiləyə ayırdıq. Qövmü ondan su istədiyi zaman biz Musaya: “Əsanı daşa vur!” – deyə vəhy etdik. Ondan dərhal on iki çeşmə fışqırdı. Hər qəbilə özünün su içmə yerini bildi. Buludlarla da onların üstünə kölgə saldıq. Onlara qüdrət halvası və bildirçin əti də endirdik. (Onlara dedik ki:) “Sizə verdiyimiz ruzilərin təmiz olanından yeyin!” Ancaq onlar (əmrlərimizə itaət etməyərək) Bizə deyil, özlərinə zülm edirdilər.”

Hud /78

“Qövmündən olan kişilər qaçaraq onun yanına gəldilər. Onlar daha əvvəl də pis işlər görürdülər. Lut dedi: “Ey qövmüm! Baxın, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın qabağında məni biabır etməyin! İçinizdə ağlı başında bir adam yoxdurmu?” (Bəzi təfsirçilərə görə, Həzrət Lutun qövmünə evlənmələri üçün təklif etdiyi qızlar öz qızları deyil, qövmünün qızları idi. Hər peyğəmbər öz qövmünün mənəvi atası sayıldığı üçün, o da: “Baxın, bunlar mənim qızlarımdır!” – demiş və onlarla evlənmələrini tövsiyə etmişdir.)”

İsra /70

Şübhəsiz, Adəm oğullarını (bir çox nemətlər verməklə) şərəfləndirdik. Onları (müxtəlif minik vasitələri ilə) quruda və dənizdə daşıdıq. Onlara təmiz və gözəl ruzilər verdik. Onları yaratdıqlarımızın bir çoxundan üstün etdik.”

Kəhf /19

“Beləcə, öz aralarında bir-birindən (nə qədər vaxt yatıb qaldıqlarını) soruşsunlar deyə onları oyatdıq. Onlardan biri: “Nə qədər (yatıb) qaldınız?” – dedi. Digərləri: “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq!” – dedilər. (Onlardan bəziləri də) dedilər ki: “Rəbbiniz, qaldığınız müddəti daha yaxşı bilir. Aranızdan birini bu gümüş pulla şəhərə göndərin ki, hansı yeməyin daha təmiz olduğuna baxsın və o ərzaqdan sizə gətirsin. O, gizlicə hərəkət etsin və qətiyyən sizi heç kimə sezdirməsin!”

Muminun /51

“Ey peyğəmbərlər! Təmiz olan nemətlərdən yeyin və saleh əməllər edin! Şübhəsiz ki, Mən sizin etdiklərinizi bilirəm.”

Vaqiə /79

“Pak olanlardan (mələklərdən) başqası ona toxuna bilməz.”

İnsan /21

“Onların üstündə taftadan və atlazdan yaşıl paltarlar olacaqdır. Onlara gümüş bilərziklər taxılacaq və Rəbbi onlara tərtəmiz bir içki içirdəcəkdir.”

Şəms /9

“Nəfsini günahdan təmizləyən nicat tapmışdır.”

Hədislər:

“Təmizlik imanın yarısıdır.” (Müslim, Təharət 1; Tirmizi, Daavat 91)

Allah təmizdir.

“Allah təmizdir, sadəcə təmiz olanları qəbul edər. Allah peyğambərlərə nəyi əmr etdisə, möminlərə də onu əmr etmişdir”

Allah Peyğambərlərə:

Ey Peyğambərlər təmiz və həlal olan ıeylərdən yeyin, yaxşı və faydalı işlər görün buyurmuşdur. Möminlərə də:

Ey iman edənlər! Sizə verdiyim nemətlərin təmizindən yeyin buyurmuşdur. (Müslim, Zəkat 65.)

Cümə günü təmizlənin.

Cümə günü qüsl almaq (təpədən dırnağa yuyunmaq), lazım olan təmizlikləri etmək, dişləri fırçalamaq, xoş yüngül qoxu sürtmək, təmiz paltarlar geyinmək, gülər üzlü və sevincli olmaq yaxşı görülmüşdür.

 Peyğəmbərimiz (səs) Mədinə ətrafındakı kəndlərdən toz və tər qoxusu ilə cüməyə gələnlərə Heç olmasa, bu gününüz üçün yaxşıca yuyunub təmizlənsəniz! buyurmuşdur. (Müslim, Cümə, 9)

Mömin bal arısı kimi təmizdir.

“İzni və qüdrətiylə yaşadığım Allaha and içirəm ki, mömin, təmiz yeyən, olduğu yeri dağıdıb tökməyən bal arısı kimidir”. (Əhməd b. Hənbəl, Müsned, 2/199 )

Namazın açarı təmizlikdir.

“Cənnətin açarı namaz, namazın açarı təmizlikdir” (Əhməd, 3/40)

 

 

 

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV MƏKKƏDƏN GƏTİRDİYİ “QURANİ-KƏRİMİ” AĞDAM MƏSCİDİNƏ BAĞIŞLADI

Prezident İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayıb.  AZƏRTAC xəbər verir ki, bu, dövlət başçısı və Birinci vitse-prezident Ağdam məscidini...

Bağla