TƏMİZLİK İMANDANDIR!

0

İslam dini insanın mənəvi təmizliyinə əhəmiyyət verdiyi qədər maddi təmizliyinə də önəm verməkdədir. İslama görə insan zahiri görünüşünə, geyiminə, saçına, başına, ağzına, əlinə, ayağına qısacası bütün bədəninin təmizliyinə hər zaman diqqət göstərməlidir. Çünki İslamda təmizlik bir başa iman ilə əlaqəlidir. Uca Allah Qurani-Kərimdə tövbə edənləri və təmizkar olanları sevdiyini ifadə edərək (Bəqərə, 2/222) insanları təmizkar olmağa təşviq etmiş, Həzrət Peyğəmbər (s.ə.s) isə “Təmizlik imanın yarısıdır” – buyuraraq (Müslim, Təharət, 1) təmizliyin birbaşa iman ilə əlaqəli olduğunu açıqlamışdır.

            Təmizlik insana Allah nəzərində olduğu qədər insanların gözündə də dəyər qazandırmaqdadır. Çünki insan təbiəti gərəyi təmizliyə meyillidir. Maddi təmizlik mənəvi təmizliklə dəstəkləndikdə bu insana böyük dərəcələr qazandırar. Çünki Allahın qəlbə nəzər etməsi üçün qəlbin təmiz olmasına ehtiyac vardır. Qəlb təmizləndikcə insan Rəbbinə doğru məsafə qət edər və beləliklə qəlb təmiz olduqca insanın mənəviyyatı paklaşmış olar. Maddi təmizlik insandan ciddi bir iradə tələb etdiyi kimi mənəvi təmizlik də insandan səbir, təmkin, iradə və istiqamət tələb etməkdədir. Çünki zirvələrin yolu vadilərdən başlayar. Təbii ki, səbir edənlər üçün.

            Təmizlik məsələsi bu günümüzün ən aktual mövzularındadır. Demək olar ki, hər gün kütləvi yayın vasitələri ilə insanlara təmiz olmağın yolları və üsulları təbliğ olunmaqdadır. Lakin diqqət çəkən bir məqam vardır ki, maddi təmizlik təbliğ olunduğu halda mənəvi təmizliyə bir o qədər diqqət çəkilməməkdədir. Halbuki, cəmiyyətdə baş alıb gedən bir çox natəmizliklərin təməlində mənəvi kirlilik yatmaqdadır. Cəmiyyətlərin başına gələn bir çox xəstəliklərin əsas səbəbi mənəviyyatsızlıqdır. Bu baxımdan insanlara maddi təmizliklə yanaşı mənəvi təmizliyin də təbliğ olunması zəruridir.

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏLBƏCƏR ŞƏHƏRİNİN YENİ GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, dünən düşmən Kəlbəcər rayonunu Azərbaycana təhvil verib. Bununla 27 il davam edən işğal başa çatıb. Azərbaycanın müzəffər...

Bağla